“Beşiktaş” - “Sabah” matçı bitdi - Yenilənib

20:02 - 13 May 2023

“Beşiktaş” - “Sabah” matçı bitdi - Yenilənib

Bakının “Sabah” və Türkiyənin “Beşiktaş” futbol klubları arasında xeyriyyə oyunu keçirilir.

 

Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçı baş hakim Tural Qurbanov idarə edəcək. Ona Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, matçdan əldə olunacaq gəlirlərin hamısı Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək.

***

Matç başladı.

***

“Sabah” hesabı açdı. Aleksey Kaşuk 3-cü dəqiqədə fərqləndi.

***

“Sabah” ikinci qolu vurdu. Aleksey Kaşuk 5-ci dəqiqədə fərqləndi.

***

 “Beşiktaş” fərqi azaltdı. Umut Meraş 24-cü dəqiqədə fərqləndi.

​***

Umut Meraş 43-cü dəqiqədə hesabı 2:2 etdi.

***

“Beşiktaş” 3-cü qolu vurdu. 62-ci dəqiqədə Cenk Tosun penaltidən fərqlənir.

***

“Sabah” hesabı 3:3 edir. Davit Volkov 70-ci dəqiqədə fərqlənir.

***

Matç bitdi. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az