“Mançester Siti” ilk dəfə Çempionlar Liqasını qazandı - YENİLƏNDİ

00:56 - 11 İyun 2023

“Mançester Siti” ilk dəfə Çempionlar Liqasını qazandı - YENİLƏNDİ

Türkiyənin İstanbul şəhərində İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında Çempionlar Liqasının final oyunu başlayıb.

Manset.az-ın məlumatına görə, Atatürk Olimpiya Stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edir.

***21:39

Türkiyənin İstanbul şəhərində İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında keçiriləcək Çempionlar Liqasının final oyunu üçün start heyətləri açıqlanıb.

Manset.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Mançester Siti": 31. Ederson, 3. Ruben Diaş, 5. Con Stounz, 6. Natan Ake, 8. İlkay Gündoğan, 9. Erlinq Holann, 10. Cek Qriliş, 16. Rodri, 17. Kevin De Brüyne, 20. Bernardu Silva, 25. Manuel Akanci
Baş məşqçi: Xosep Qvardiola

"İnter": 24. Andre Onana, 2. Denzel Dumfris, 9. Edin Ceko, 10. Lautaro Martines, 15. Françesko Açerbi, 20. Hakan Çalhanoğlu, 23. Nikola Barella, 32. Federiko Dimarko, 36. Matteo Darmian, 77. Marselo Brozoviç, 95. Alessandro Bastoni
Baş məşqçi: Simone İnzagi

Qeyd edək ki, Atatürk Olimpiya Stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

İkinci hissə başladı

***

İlk hissə başa çatdı

***

"Mançester Siti" hesabı açır. Rodri 68-ci dəqiqədə fərqlənir.

***

Matç başa çatdı. "Mançester Siti" ilk dəfə Çempionlar Liqasının qalibi oldu.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az