Səudiyyə Ərəbistanının bu klubu İkardini transfer etmək istəyir - FANTASTİK RƏQƏM

16:07 - 12 İyun 2023

Səudiyyə Ərəbistanının bu klubu İkardini transfer etmək istəyir - FANTASTİK RƏQƏM

Səudiyyə Ərəbistanının "Al Taawon" klubu Mauro İkardi üçün astronomik rəqəm təklif edib.

 

Manset.az xəbər verir ki, bu mövsüm "Qalatasaray"da icarə əsasında çıxış edən və çempion adını qazanan argentinalıya 3 il üçün 100 milyon avroluq təklif göndərilib.

PSJ ilə müqaviləsi 2024-cü ildə başa çatacaq İkardi bu təklifə hələlik cavab verməyib.

Bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 26 matçda 23 qol vuran və 8 məhsuldar ötürmə verən İkardi ümumilikdə 31 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az