Sosial şəbəkələrdə ən çox izlənilən klublar

20:45 - 14 İyun 2023

Sosial şəbəkələrdə ən çox izlənilən klublar

Sosial şəbəkələrdə ən çox izlənilən klublar bəlli olub.

 

Manset.az Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, siyahıya İspaniyanın "Real" klubu başçılıq edir.

Madrid təmsilçisinin ümumilikdə 363 milyon abunəçisi var. Bunlardan 79,9 milyonu “Twitter”, 135 milyonu “İnstagram”, 117 milyonu “Facebook”, 30,8 milyonu isə “Tik-tok” platformasındadır.

İkinci yerdə 342 milyon izləyici ilə (“Twitter” - 82,8; “İnstagram” - 119; “Facebook” - 112, “Tik-tok” - 28,3) İspaniyanın digər nəhəng klubu "Barselona" qərarlaşıb. İlk "3-lüy"ü 206 milyonla İngiltərə "Mançester Yunayted"i (“Twitter” - 41,5; “İnstagram” - 61,5; “Facebook” - 80,8; “Tik-tok” - 22,4) qapayır.

Türkiyə çempionu "Qalatasaray" 40,1 milyon (“Twitter” - 13,9; “İnstagram” - 12,6; “Facebook” - 12; “Tik-tok” - 1,6) izləyici ilə 18-ci, digər İstanbul təmsilçilərindən "Fənərbaxça" 29,8 milyonla (“Twitter” - 11,4; “İnstagram” - 8,7; “Facebook” - 8,6; “Tik-tok” - 1,1) 21-ci, "Beşiktaş" 17,6 milyonla (“Twitter” - 6,1; “İnstagram” - 5,5; “Facebook” - 5,4; “Tik-tok” - 0, 6) 33-cü sıradadır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az