Laçında yaralanan hərbçimiz danışdı - VİDEO

14:48 - 16 İyun 2023

Laçında yaralanan hərbçimiz danışdı - VİDEO

İyunun 15-i Laçın sərhəd-keçid buraxılış məntəqəsinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Elşən Rüstəmovun həyati təhlükəsi yoxdur, o, hazırda müalicə altındadır. 

 

Manset.az xəbər verir ki, Real TV yaralanan hərbçi ilə həmsöhbət olub.

"Gündəlik normal fəaliyyətimizi həyata keçirərkən düşmən növbəti təxribata əl atdı. Həmin an biz silahsız idik və tez bir zamanda mövqeləndik. Mövqelənərkən mən ayağımdan yaralandım. Heyətimizin peşəkarlığı sayəsində mənə ilkin tibbi yardım göstərildi. Ərazidən təxliyyə olundum və düşmən cavab atəşi ilə susduruldu", - deyə hərbçimiz bildirib.

Daha ətraflı videoda:


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az