Əfsanəvi mütəxəssis baş məşqçi karyerasını bərpa etdi

17:29 - 17 İyun 2023

Əfsanəvi mütəxəssis baş məşqçi karyerasını bərpa etdi

Luis Felipe Skolari “Atletiko Mineyro”nun baş məşqçisi təyin edilib.

 

Manset.az xəbər verir ki, Braziliya klubunun saytının yaydığı məlumata görə, 74 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin sonuna qədər olan müqavilə imzalanıb.

Skolarinin son iş yeri “Atletiko Paranaense” olub. O, keçən ilin noyabrında məşqçilik karyerasını bitirdiyini açıqlayıb.

Mütəxəssis daha çox Braziliya və Portuqaliya millilərindəki fəaliyyəti ilə tanınır. O, 2002-ci ildə Braziliya yığmasını dünya çempionu edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az