"Sabah", "Neftçi" və "Qəbələ"nin rəqibləri bəlli olub - Konfrans Liqası

15:46 - 21 İyun 2023

\"Sabah\", \"Neftçi\" və \"Qəbələ\"nin rəqibləri bəlli olub - Konfrans Liqası

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

 

Manset.az report-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olub.

Bu raundda "Neftçi" "Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi, "Qəbələ" "Omoniya" (Kipr), "Sabah" isə “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

Bakı klubları ilk matçlarını səfərdə, əyalət təmsilçisi isə evdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az