Azərbaycanın FIFA referisi İngiltərə - Almaniya oyununu idarə edəcək

10:48 - 26 İyun 2023

Azərbaycanın FIFA referisi İngiltərə - Almaniya oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayevin 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında idarə edəcəyi növbəti oyun müəyyənləşib.

 

Manset.az report-a istinadən xəbər verir ki, o, C qrupunun III turundakı İngiltərə - Almaniya görüşündə baş hakim olacaq.

Ədalət təmsilçisinə laynsmanlar qismində Zeynal Zeynalovla Akif Əmirəli yardımçı olacaq.

Qeyd edək ki, iyunun 28-də "Batumi Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qitə çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur. Əliyar Ağayev daha əvvəl A qrupundakı Belçika - Niderland (0:0) matçını idarə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az