“Qarabağ”ın “Linkoln”la oyunlarının vaxtı və məkanı bilindi

14:48 - 27 İyun 2023

“Qarabağ”ın “Linkoln”la oyunlarının vaxtı və məkanı bilindi

“Qarabağ” və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.

 

Manset.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Cəbəllütariqdəki “Viktoriya” stadionunda gerçəkləşəcək ilk matç iyulun 11-də Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

İyulun 19-da Bakı Olimpiya Stadionunda oynanılacaq cavab qarşılaşması isə saat 20:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az