"Qarabağ"ın ilk oyununun hakimləri müəyyənləşib - Çempionlar Liqası

15:52 - 27 İyun 2023

\"Qarabağ\"ın ilk oyununun hakimləri müəyyənləşib - Çempionlar Liqası

Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar bəlli olub.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, qarşılaşma Latviyadan olan hakimlər briqadasına tapşırılıb.

Referi Vitalijs Spasjonnikovsa laynsmanlar qismində Raymonds Tatriks və Arturs Sakurovs köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını isə Aleksandrs Anufrijevs yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 11-də "Viktoriya" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az