Polşada keçirilən III Avropa Oyunlarında boks üzrə yarışlar başa çatıb.
Federasiyadan Manset.az-a verilən məlumata görə, 42 ölkənin iştirakı ilə 10 gün davam edən mübarizənin yekununda medal əldə edən ölkələrin siyahısı açıqlanıb.
Avropa Oyunlarında 7 çəkidə təmsil olunan kişilərdən ibarət yığmamız 2 medala yiyələnib. Hesabına 1 gümüş və 1 bürünc mükafat yazan komandamız medal sıralamasına görə yarışı 7-ci pillədə başa vurub. Millimiz bu yerə İspaniya, İrlandiya və Türkiyə ilə şərikdir.
Ümumilikdə 18 ölkə Polşada medala sahib olub. Onlardan isə cəmi 6-sı çempionluq sevinci yaşayıb.
Siyahıda birinci yeri Fransa yığması tutub. İkinci yerdə İtaliya qərarlaşdığı halda, 3-cü pilləyə Bolqarıstan və Böyük Britaniya şərik olub.
Qeyd edək ki, yığmamızın heyətində Məhəmməd Abdullayev (+92 kq) gümüş, Murad Allahverdiyev (80 kq) bürünc medal qazanıb. Hər iki boksçu eyni zamanda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
1 |
Fransa |
2 |
0 |
1 |
2 |
İtaliya |
1 |
0 |
2 |
3 |
Bolqarıstan |
1 |
0 |
1 |
3 |
Böyük Britaniya |
1 |
0 |
1 |
5 |
Danimarka |
1 |
0 |
0 |
5 |
Ukrayna |
1 |
0 |
0 |
7 |
Azərbaycan |
0 |
1 |
1 |
7 |
İspaniya |
0 |
1 |
1 |
7 |
İrlandiya |
0 |
1 |
1 |
7 |
Türkiyə |
0 |
1 |
1 |
11 |
Xorvatiya |
0 |
1 |
0 |
11 |
Gürcüstan |
0 |
1 |
0 |
11 |
Serbiya |
0 |
1 |
0 |
14 |
Belçika |
0 |
0 |
1 |
14 |
Almaniya |
0 |
0 |
1 |
14 |
Macarıstan |
0 |
0 |
1 |
14 |
Polşa |
0 |
0 |
1 |
14 |
İsveç |
0 |
0 |
1 |