“Qəbələ” Türkiyə toplanışına qələbə ilə başladı

20:51 - 12 İyul 2023

“Qəbələ” Türkiyə toplanışına qələbə ilə başladı

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" klubu ilk yoxlama oyununu keçirib.

 

Manset.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Moldova təmsilçisi "Sukleya" ilə üz-üzə gəlib.

"Termal otel"in məşq bazasında baş tutan qarşılaşma "qırmızı-qaralar"ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Qəbələ" qardaş ölkədə daha iki görüş keçirəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az