“Fənərbaxça” polşalı futbolçunu transfer etdi

01:10 - 13 İyul 2023

“Fənərbaxça” polşalı futbolçunu transfer etdi

"Fənərbaxça" Moskva "Dinamo"sunun futbolçusu Sebastian Şimanskini transfer edir.

 

Manset.az İstanbul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Polşalı futbolçu ötən mövsümü icarə əsasında "Feyenoord"da keçirib.

Türkiyə mətbuatı bu transfer üçün "Fənərbaxça"nın 8-9 milyon avro təzminat ödəyəcəyini yazıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az