"Beşiktaş" “Arsenal”ın ulduzu Nikolas Pepeni heyətinə qatmaq istəyir.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, ötən mövsümü 3-cü pillədə başa vuran və bu mövsüm Avropada mübarizə aparacaq "Beşiktaş" heyətini gücləndirmək istəyir.
"Arsenal"da çıxış edən 28 yaşlı futbolçu Nikolas Pepe üçün "Beşiktaş" artıq rəsmi təklif edib.
Qeyd edək ki, ötən mövsüm "Nitsa"da icarə əsasında çıxış edən Pepe 28 oyunda 8 qol və 1 məhsuldar ötürmə göstərib. Nikolas Pepe 28 dəfə çıxış etdiyi Fil Dişi Sahili Milli Komandasında 12 qol vurub.
Aygün
Manşet.az