Avropa Liqası: “Qarabağ”ın rəqibi bəlli oldu

23:28 - 02 Avqust 2023

Avropa Liqası: “Qarabağ”ın rəqibi bəlli oldu

"Qarabağ"ın Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

 

Manset.az xəbər verir ki, Ağdam klubu bu raundda Finlandiyanın HJK komandası ilə qarşılaşacaq.

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab goyununda Norveç "Molde"sinə 0:2 hesabı ilə uduzan Helsinki təmsilçisi "köhlən atlar"a rəqib olub. İlk qarşılaşmada HJK qələbə qazanmışdı - 1:0.

Azərbaycan çempionu isə qitənin bir nömrəli klub turnirində Polşa "Rakuv"u ilə bacarmayıb. Səfər matçında 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda heç-heçəyə razılaşıb - 1:1.

Xatırladaq ki, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az