"Qalatasaray"ın Çempionlar Liqasındakı növbəti rəqibi bilindi

12:09 - 03 Avqust 2023

\"Qalatasaray\"ın Çempionlar Liqasındakı növbəti rəqibi bilindi

"Qalatasaray"ın Çempionlar Liqasındakı növbəti rəqibi bəlli olub.

 

Manset.az xəbər verir ki, UEFA Çempionlar Liqasında "Zalgiris"i 1:0 hesabı ilə məğlub edən "Qalatasaray" 2-ci təsnifat mərhələsinə keçib.

Sarı-qırmızılı komanda 3-cü təsnifat mərhələsində "Olimpija Ljubljana" ilə qarşılaşacaq.

"Qalatasaray" - "Lyubljana" cütünün ilk oyunu avqustun 9-da, ikinci oyunu isə avqustun 15-də keçiriləcək.

"Qalatasaray" "Lyublyana"nı mübarizədən kənarlaşdırsa, pley-off mərhələsinə yüksələcək.

"Qalatasaray”ın pley-off mərhələsindəki mümkün rəqibləri də müəyyənləşib.

Avqustun 7-də Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Sarı-qırmızılı komandanın pley-offdakı mümkün rəqibləri;

Antverpen (Belçika)

Slovan Bratislava (Slovakiya) / Maccabi Haifa (İsrail)

Molde (Norveç) / Klaksvik (Farer adaları)

Rakov (Polşa) / Aris Limassol (Cənubi Kipr)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az