Pley-off mərhələsinin püşkü atıldı

17:46 - 07 Avqust 2023

Pley-off mərhələsinin püşkü atıldı

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

 

Manset.az xəbər verir ki, Konfrans Liqasının pley-off mərhələsində "Fənərbaxça", "Beşiktaş" və "Adana Dəmirspor"un mümkün rəqibləri müəyyənləşib.

3-cü təsnifat mərhələsində “Beşiktaş” “Neftçi” Bakı ilə, “Fənərbaxça” “Maribor” ilə, “Adana Dəmirspor” isə “Osiyek”lə qarşılaşıb. Təmsilçilər bu mərhələni keçsələr qruplar qarşısında sonuncu mərhələ olan pley-offda mübarizə aparmaq şansı qazanacaqlar.

Püşkün nəticəsi belədir: 

Adana Dəmirspor / NK Osijek - Olimpiakos / Genk

“Adana Dəmirspor” Osijeki mübarizədən kənarlaşdırsa, Avropa Konfrans Liqasının pley-off mərhələsində “Olimpiakos-Genk”in uduzan komandası ilə qarşılaşacaq.

Beşiktaş / Neftçi Bakı - Aris / Dinamo Kiyev

"Neftçi Bakı" ilə qarşılaşacaq "Beşiktaş" pley-off mərhələsində rəqibini mübarizədən kənarlaşdıracağı təqdirdə "Aris" - "Dinamo" Kiyev matçının qalibi ilə qarşılaşacaq.

Fənərbaxça/NK Maribor - Tvente/Riqa

"Fənərbaxça" 3-cü təsnifat mərhələsində "Maribor"u mübarizədən kənarlaşdırsa, Avropa Konfrans Liqasının pley-off mərhələsində "Tvente" - Riqa matçının qalibi ilə qarşılaşacaq.

Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 24-də, cavab görüşləri isə avqustun 31-də keçiriləcək.

Aygün

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az