İkinci finalçı da müəyyənləşdi

19:14 - 16 Avqust 2023

İkinci finalçı da müəyyənləşdi

Bu gün qadınlar arasında futbol üzrə dünya çempionatının - DÇ-2023-ün növbəti yarımfinal matçı keçirilib.

 

Manset.az xəbər verir ki, Sidneydəki "Avstraliya" stadionunda meydan sahibi Avstraliya İngiltərə yığması ilə üz-üzə gəlib.

Oyun ingilislərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.  

Britaniya təmsilçisi finalda İspaniya seçməsi ilə qarşılaşacaq. Həlledici matç avqustun 20-də keçiriləcək. 

Qadınlar arasında DÇ-2023
Avstraliya - İngiltərə 1:3
Qollar: Sem Kerr, 63 - Ella Tun, 36. Loren Hemp, 71. Alessiya Russo, 86


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az