"Arsenal"ın yeni transferi zədələndi

21:00 - 16 Avqust 2023

\"Arsenal\"ın yeni transferi zədələndi

"Arsenal"ın futbolçusu Yurien Timber zədələnib.

 

Manset.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 22 yaşlı sağ cinah müdafiəçisi artıq tibbi müayinədən keçib. Ona sağ dizin ön çarpaz bağının qopması diaqnozu qoyulub.

Yurrien yaxın günlərdə əməliyyat olunacaq və bir müddət hərəkətsiz qalacaq.

Qeyd edək ki, Timber bu yay "Ayaks"dan "Arsenal"a keçib. İngiltərə klubu onun üçün 40 milyon avro ödəyib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az