Albaniyanın Elbasan şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.
Manset.az xəbər verir ki, yığma Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Matç 0:0 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, bu yığmalar arasında 2 gün əvvəl keçirilən görüşdə Albaniya 2:0 hesablı qələbə qazanmışdı.