Bu mövsüm etdiyi transferlərlə təkcə Türkiyədə deyil, bütün dünyada adından söz etdirən "Qalatasaray" libero və 8 nömrəli zonalarda çıxış edən gənc futbolçularla müqavilə imzalayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, transferləri xəbərləri ilə idman gündəmində səs-küy yaradan "Qalatasaray" iki gənc futbolçu, Aslans Eyüp Aydın və Gökdeniz Gürpüzlə əl sıxdığı iddia edilib.
Cimbom-un Almaniya nəhəngi "Bavariya" və Dortmund "Borussiya"sı ilə anlaşdıqdan sonra transferi rəsmən tamamlayacağı bildirilib.
Qeyd edək ki, Bayern Munich 2-ci Komandasında çıxış edən 19 yaşlı Eyüp Aydın ön libero, Borussia Dortmund U19 komandasında çıxış edən Gökdeniz Gürpüz isə 8 nömrəli sahədədir.
Aygün
Manşet.az