Milan derbisində oynaya biləcək

18:26 - 14 Sentyabr 2023

Milan derbisində oynaya biləcək

"Milan"ın Fransa millisinin heyətində zədələnən futbolçusu Olivye Jirunun son durumuna aydınlıq gəlib.

 

Manset.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb .

36 yaşlı hücumçu  Avro-2024-ün seçmə mərhələsində İrlandiya ilə oyunda topuğundan zədə aldığı üçün Fransa yığmasından kənarlaşdırılıb. Lakin forvardın zədəsinin ciddi olmadığı, sentyabrın 16-da "İnter"ə qarşı Milan derbisində oynayacağı qeyd olunub.

Qeyd edək ki, bu mövsüm Jiru 3 matçda 4 qol vurub və 1 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az