Avarçəkmə üzrə Azərbaycan çempionatı başa çatdı

18:36 - 14 Sentyabr 2023

Avarçəkmə üzrə Azərbaycan çempionatı başa çatdı

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə Mingəçevirdə keçirilən Azərbaycan çempionatı başa çatıb.

 

AKAF-dan Manset.az-a verilən məlumata görə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan yarışın ikinci günündə idmançılar kayak və kanoe növlərində mübarizə aparıblar.

Azərbaycan çempionatında Bakıdan və Mingəçevirdən olan 100-ə yaxın idmançı çıxış edib.
İştirakçılar iki gün ərzində akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində yarışıblar.

Qaliblər medal və diplomla mükafatlandırılıblar. Fərqlənən idmançılar oktyabrda təşkil ediləcək beynəlxalq Mingəçevir Reqatasında mübarizə aparmaq şansı qazanıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az