UEFA İrəvandakı təxribata görə Ermənistana qarşı intizam işi açıb

09:48 - 15 Sentyabr 2023

UEFA İrəvandakı təxribata görə Ermənistana qarşı intizam işi açıb

UEFA Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb.

 

Manset.az xəbər verir ki, Avropa futbol qurumunun yaydığı məlumata görə, buna AVRO-2024-ün seçmə mərhələsində İrəvanda keçirilən Ermənistan - Xorvatiya (0:1) oyununda baş verən hadisələr səbəb olub.

Qurum stadionda ictimai keçidlərin bağlanmasında, qarşılaşma ərzində siyasi və təxribat xarakterli mesajların verilməsində ittiham edilir.

Bundan başqa, azarkeşlər görüşdə pirotexniki vasitələrdən istifadə ediblər və matç nəzərdə tutulduğu vaxtdan gec başlayıb.

Qeyd edək ki, ermənilər sözügedən qarşılaşmada dronla qondarma rejimin əski parçasını dalğalandırıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az