Messinin gəlişindən sonra ilk məğlubiyyət

09:20 - 18 Sentyabr 2023

Messinin gəlişindən sonra ilk məğlubiyyət

“İnter Mayami” Şimali Amerikanın MLS çempionatında “Atlanta Yunayted”ə böyük hesabla məğlub olub.

 

Manset.az Report-a istinadən xəbər verir ki, Lionel Messi matçda iştirak etməyib.

“İnter Mayami”nin baş məşqçisi Messini Argentinanın oyunundan sonra qorumaq qərarına gəlib, həmçinin onun süni ot örtüyündə oynamasının əleyhinə olub.

Bununla belə, klub argentinalı futbolçunun oyunu niyə buraxdığını rəsmən açıqlamayıb.

“Atlanta Yunayted”in qollarını Tristan Muyumba (36), Bruks Lennon (44), Georgios Yakumakis (76) və Tayler Volf (89) vurub, Kamal Miller (41) avtoqolla yadda qalıb. Messinin komandasının qollarına Leonardo Kampana (25, 53 - penaltidən) imza atıb. Beləliklə, matç qonaqların 2:5 hesabı ilə qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az