"Arsenal" kapitanla müqaviləni uzatdı - FOTO

20:05 - 22 Sentyabr 2023

\"Arsenal\" kapitanla müqaviləni uzatdı - FOTO

İngiltərə Premyer Liqa komandalarından olan "Arsenal" 24 yaşlı norveçli yarımmüdafiəçi Martin Odegaard ilə müqaviləni 30 iyun 2028-ci ilə qədər uzadıb.

 

Manset.az xəbər verir ki, imzalandıqdan sonra klubun rəsmi saytına açıqlama verən Odegaard "Bu klubda özümü evdəki kimi hiss edirəm" deyib.

2020/2021 mövsümünün fasiləsində Real Madriddən 37 milyon avroya transfer olunan Odegaard indiyədək "Arsenal"ın heyətində 112 rəsmi matçda 27 qol vurub və 15 məhsuldar ötürmə edib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az