Türkiyəli mütəxəssis Azərbaycan millisinin baş məşqçisi ola bilər

17:08 - 20 Oktyabr 2023

Türkiyəli mütəxəssis Azərbaycan millisinin baş məşqçisi ola bilər

 

Futbol üzrə Keniya millisinin baş məşqçisi Engin Fırat Azərbaycan yığmasını çalışdıra bilər.

 

Manset.az xəbər verir ki, iddiaya görə, türkiyəli mütəxəssisin xidməti ilə millimizlə yanaşı, Kosovo yığması da maraqlıdır. Ona, həmçinin, Qətər və Səudiyyə Ərəbistanı klublarından, Rusiya ÇSKA-sı və “Rubin”indən təkliflər var.

Mütəxəssis daha əvvəl Moldova yığmasına, İranda “Sepahan”, “Fulad”, Türkiyədə “Karabükspor”a rəhbərlik edib.

Azərbaycan millisini hazırda Canni De Byazi çalışdırır. Mütəxəssisin sözləşməsi noyabrın sonuna qədərdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az