Mahir derbidə oynadı, komandası əzmkar qələbə qazandı

00:45 - 30 Oktyabr 2023

Mahir derbidə oynadı, komandası əzmkar qələbə qazandı

Xorvatiya çempionatında 12-ci turun oyunları davam edir.

 

Manset.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" öz meydanında "Lokomotiva"nı qəbul edib. Zaqreb derbisi "Dinamo"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 27 yaşlı futbolçu 57-ci dəqiqədə - komandası hesabda geridə olarkən meydana daxil olub.

"Dinmao" (Zaqreb) - "Lokomotiva" (Zaqreb) - 2:1

Qollar: Tuci, 4 (0:1), Baturina, 90+4 (1:1), Kaneko, 90+7 (2:1)

Bu qələbə ilə xallarını 22-yə yüksəldən "Dinamo" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az