"Qalatasaray" 37 yaşlı qapıçısı Fernando Muslera ilə davam etmək qərarına gəlib. "Sarı-qırmızılılar" rəhbərliyi 11 ildir qapının keşiyində duran uruqvaylı əfsanə ilə yeni müqavilə imzalamağı isdəyir.
Manset.az TRT Spor-aistinadən xəbər verir ki, mövsümün sonunda müqaviləsi bitəcək Muslera ilə yeni müqavilə üçün danışıqlara başlanılıb. İllik 2,5 milyon avro qazanan Musleranın maaşının azaldılması tələb olunub.
Uruqvaylı qolkiperin də bu istəyi müsbət qarşıladığı qeyd edilib. Menecer Erden Timur təxminən 2 həftə əvvəl verdiyi açıqlamada Musleranın futbolla bağlı planlarının olduğunu və təcrübəli qapıçının vəziyyətinin mövsümün sonuna doğru qiymətləndiriləcəyini bildirib.
"Qalatasaray" karyerasında 6 dəfə Super Liqa çempionu olan Fernando Muslera 2011-12 mövsümünün əvvəlində "Latsio"dan 6,75 milyon avroya transfer olunub.
"Qalatasaray"da 475 matçda forma geyinən təcrübəli Əlcək 506 qol buraxıb. Uruqvaylı qolkiper 170 matçda qapısında qol görməyib.
Jalə
Manşet.az