"Yuventus"un yarımmüdafiəçisi Manuel Lokatelli klubu ilə yeni müqavilə imzalayacaq.
Manset.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano özünün sosial şəbəkə hesablarında yazıb. 25 yaşlı oyunçunun yeni müqaviləsi 2028-ci ilin yayına kimi qüvvədə olacaq.
Qeyd edək ki, Lokatelli bu mövsüm Turin təmsilçisində 10 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib. O, 2021-ci ildən "Yuventus"da oynayır.