Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün yarımfinal oyununa çıxacaq.
Manset.az xəbər verir ki, komandamız Qazaxıstanla qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bolqarıstana 3:1 hesabı ilə qalib gələrək finala adlayıb.