Mbappe "Qızıl top"u niyə qazanmadı? - PSJ-nin baş məşqçisi AÇIQLADI

15:02 - 03 Noyabr 2023

Mbappe \"Qızıl top\"u niyə qazanmadı? - PSJ-nin baş məşqçisi AÇIQLADI

Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike komandanın hücumçusu Kilian Mbappenin "Qızıl top"u ala bilməməsinə aydınlıq gətirib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Mütəxəssis hesab edir ki, Mbappenin "Qızıl top"un sahibi olmaq üçün klub və ölkə səviyyəsində kifayət qədər kubokları yoxdur.

"Əlbəttə, "Qızıl top"u qazanmaq üçün Kilianın maksimum səviyyədə olduğu fərdi çıxışlardan əlavə, klub və milli komanda səviyyəsində kuboklar qazanmaq lazımdır. PSJ-də bacardıqca qalib gəlməyə çalışırıq, amma açıq-aydın Kilian millidə də uğur qazanmalıdır. Və əminəm ki, o, bir-çox "Qızıl top" qazanacaq", - deyə Enrike bildirib.

Xatırladaq ki, oktyabrın 30-da "Qızıl top" səkkizinci dəfə argentinalı futbolçu Lionel Messiyə verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az