Mahir Emreli "Dinamo"nu məğlubiyyətdən xilas etdi

21:59 - 05 Noyabr 2023

Mahir Emreli \"Dinamo\"nu məğlubiyyətdən xilas etdi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" klubunda növbəti qolunu vurub.

 

Manset.az  xəbər verir ki, 26 yaşlı hücumçu səfərdə "Varajdin"ə qarşı keçirdikləri çempionatın XIV turunun matçında fərqlənib.

75-ci dəqiqədə meydana çıxan Emreli 90+5-ci dəqiqədə Zaqreb təmsilçisini məğlubiyyətdən xilas edib.

Bu, onun cari mövsüm "Dinamo"da 5-ci qoludur.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az