“Qarabağ” – “Bayer” oyununa satılmış biletlərin sayı AÇIQLANDI

23:36 - 06 Noyabr 2023

“Qarabağ” – “Bayer” oyununa satılmış biletlərin sayı AÇIQLANDI

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” - “Bayer” matçına bilet satışı davam edir. 

 

Klubdan Manset.az-a verilən məlumata görə, artıq qarşılaşma üçün 24 min bilet satılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

Qeyd edək ki, noyabrın 9-da keçiriləcək “Qarabağ” - “Bayer” oyunu saat 21:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az