Səudiyyə Ərəbistanının “Ən-Nəsr” və Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu “İstiklol”la oyun üçün Düşənbəyə getməyəcək.
Manset.az xəbər verir ki, “Ən-Nasr” klubundan verilən məlumata görə, Ronaldu yüngül zədə alıb. Başqa təfərrüat açıqlanmayıb.
Xatırladaq ki, məşhur portuqaliyalı futbolçunun səfəri ilə bağlı mübahisələr uzun müddətdir ki, davam edir. Tacikistan Futbol Federasiyası Səudiyyə Ərəbistanının “Ən-Nasr” komandasının kapitanının adının futbolçular siyahısında olduğunu bildirib.