“Qarabağ” “Qəbələ”ni məğlub etdi

23:11 - 04 Dekabr 2023

“Qarabağ” “Qəbələ”ni məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulub.

 

Manset.az xəbər verir ki, turun son matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Qəbələ”ni qəbul edib və rəqibi üzərində 3:0 hesablı qələbə qazanıb.

Ağdam təmsilçisinə 3 xal qazandıran qollara 7-ci dəqiqədə Hamidu Keyta, 64-cü dəqiqədə Nəriman Axunzadə və 90+2-ci dəqiqə Juninyo imza atıb.

Qeyd edək ki, 15 turdan sonra “Qarabağ” 32 xalla liderdir. İkinci sırada qərarlaşan “Zirə”nin 28 xalı var.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az