Millimiz məğlubiyyətlə başladı

20:27 - 05 Dekabr 2023

Millimiz məğlubiyyətlə başladı

18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununa çıxıb.

 

Manset.az xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda ilk matçında Polşa ilə üz-üzə gəlib.

Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib - 0:3 (12:25, 16:25, 16:25).

Azərbaycan millisi dekabrın 6-da Ukrayna, 7-də Latviya, 8-də Estoniya, 9-da Gürcüstanla görüşəcək. Turnirin qalibi AÇ-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az