"Santos"un futbolçusunun maşınını yandırdılar

18:53 - 07 Dekabr 2023

\"Santos\"un futbolçusunun maşınını yandırdılar

Braziliya çempionatında yüksək liqadan düşən “Santos”un azarkeşləri komandanın hücumçusu Stiven Mendozanın avtomobilini yandırıblar.

 

Manset.az  “Globo”a istinadən xəbər verir ki, bu, "Santos"un çempionatın son turunda "Fortaleza"ya məğlub olduğunu (1:2) matçdan sonra baş verib. 

Baş verən iğtişaşlarda stadionun yaxınlığında bir neçə avtomobil və avtobus yanıb. Hadisə yerinə helikopterlər və hərbi polis cəlb edilib.

Xatırladaq ki, dünya futbolunun əfsanəsi Pelenin klubu kimi tanına “Santos” Braziliya çempionatının son turunda evdə “Fortaleza”ya uduzaraq (1:2), mövsümü 17-ci pillədə başa vurub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv