İran çempionatında 12-ci turun oyunları keçirilir.
Manset.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” səfərdə "Gol Gohar"la qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.
Oyunda yeganə qolu 43-cü dəqiqədə Qustavo vurub.
Bu nəticədən sonra Təbriz klubu xallarını 21-ə çatdırıb və 2-ci pilləyə yüksəlib. Lider "İstiqlal"ın 23 xalı var.