Afrika Futbol Konfederasiyası (CAF) 2023-cü ildə qitənin ən yaxşı futbolçusu adına 3 namizədi açıqlayıb.
Manset.az xəbər verir ki, bunlar “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah, “Napoli”nin nigeriyalı forvardı Viktor Osimhen və PSJ-nin mərakeşli müdafiəçisi Əşrəf Xakimidir.
Ötən mövsüm "Napoli" ilə İtaliya çempionu olan Osimhen 26 qol vurub və 5 qol ötürməsi edib. Sonİngiltərə Superkubokunun qalibi olan Salah 30 qol vurub, 16 məhsuldar ötürmə edib. PSJ ilə Fransa çempionu olan və Superkuboku qazanan Hakimi 39 matçda 5 qol vurub, 6 qol ötürməsi edib.