Hakimə yumruq atan Koca bu çıxışı ilə nə edəcəyinin siqnalını çoxdan vermişdi

12:08 - 12 Dekabr 2023

Hakimə yumruq atan Koca bu çıxışı ilə nə edəcəyinin siqnalını çoxdan vermişdi

Xəbər verdiyimiz kimi, hakim Halil Umut Melərə atdığı yumruqla sərt reaksiyalar alan MKE Ankaragücü Klubunun prezidenti Faruk Koca 14 yanvar 2023-cü ildə keçirilən matçdan sonra verdiyi açıqlama ilə nə edəcəyinin siqnalını o zamandan verdiyi məlum olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qalmaqallı hərəkətdən sonra barəsində həbs qətimkan tədbiri seçilən Kocanın "Adana Dəmirspor"un 3:1 hesablı üstünlüyü ilə nəticələnən sonra hakimlərə ünvanladığı açıqlamalarla diqqət çəkmişdi.

Koca, "Bir daha hakimlər Ankaragücünün haqqını yesə, bundan sonra olacaqlardan mən məsuliyyət daşımıram. Bir də belə olsa, necə reaksiya verəcəyimizi hamı görəcək" demişdi.

Qeyd edək ki, Faruk Koca Trendyol Super Liqasının 15-ci həftəsində 1:1 hesablı heç-heçə etdikləri "Çaykur Rizespor" matçından sonra meydanda hakim Halil Umut Meləri yumruqlayıb.

 

Əfsanə

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az