İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirildi.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Bornmut" - "Luton Taun" qarşılaşmasının 59-cu dəqiqəsində komandanın müdafiəçisi və kapitanı Tom Lokyerin huşunu itirib.
Dərhal Lokyerə tibbi yardım göstərilib və daha sonra futbolçu xərəkdə meydandan çıxarılıb.
Hadisədən sonra matç ləğv edilib. Qarşılaşma dayandırılan vaxtda hesab 1:1 olub.