Bir müddət əvvəl heyətdən kənarlaşdırılan və ara transfer dövründə Vincent Abubakarla yollarını ayırmağa hazırlaşan "Beşiktaş" hücumçu axtarışlarına başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, menecerlər vasitəsilə Abubakarın yerinə alman ulduz Timo Verner "Beşiktaş"a tövsiyə olunub.
Rəhbərliyin təcrübəli futbolçunu dəyərləndirdiyi bildirilib.
Alman ulduz 2020-ci ildə 53 milyon avroya "Leyptsiq"dən "Çelsi"yə transfer olunsa da, Premyer Liqada istədiyini çatdıra bilməyib və ötən mövsüm 20 milyon avroya keçmiş komandası "Leyptsiq"ə qayıdıb.
Əfsanə
Manşet.az