Daha bir klub prezidenti hakimin qərarını bəyənmədi - Matçı dayandırıb komandasını meydandan çıxardı

11:44 - 20 Dekabr 2023

Daha bir klub prezidenti hakimin qərarını bəyənmədi - Matçı dayandırıb komandasını meydandan çıxardı

Türkiyədə Trendyol Super Liqasının 17-ci turunda keçirilən "İstanbulspor" - "Trabzonspor" matçının 74-cü dəqiqəsində "İstanbulspor"un prezidenti Ecmel Faiq Sarıalioğlu hakimin mübahisəli qərarını əsas gətirərək komandasını meydandan kənarlaşdırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Trabzonspor” Klubunun prezidenti Ərtoğrul Doğanın meydançaya gələrək Ecmel Faiq Sarıalioğlu ilə danışsa da, "İstanbulspor"un prezidenti qərarını dəyişməyib.

“İstanbulspor” futbolçuları soyunub-geyinmə otağına yollanıb. Bəzi futbolçular, xüsusilə Simon Deli meydanda qalıb. Simon Deli Sarıalioğlu ilə danışıb və komandanı meydanda qalmağa razı salmağa çalışıb.

Qarşılaşma dayandırılıb. Yarımçıq qalan matçla bağlı son qərarı Türkiyə Futbol Federasiyası verəcək.

Qeyd edək ki, yaxın günlərdə "Ankaragücü"nün sabiq prezidenti Faruk Kocanın hakim Halil Umut Meleri yumruqlaması böyük səs-küyə səbəb olmuşdu.

İstanbulspor Başkanı Ecmel Faik Sarıalioğlu, Trabzonspor maçında hakem kararını gerekçe göstererek takımını sahadan çekti

İstanbulspor Başkanı Ecmel Faik Sarıalioğlu, Trabzonspor maçında hakem kararını gerekçe göstererek takımını sahadan çekti

Əfsanə

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az