Xəbər veriyimiz kimi, Superliqanın 17-ci həftəsində "İstanbulspor" - "Trabzonspor" matçında hakimin qərarına reaksiya verən “İstanbulspor”un prezidenti Ecmel Faiq Sarıalioğlu komandasını meydandan çəkib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, komandanın futbolçusu Simon Deli Sarıalioğlunun qarşısında diz çökərək matçı davam etdirməsi üçün razı salmağa çalışıb.
Bəzi futbolçuların uzun müddət oynamağa davam etməsi israrına baxmayaraq, prezident Sarıalioğlu qərarını dəyişməyib.
Həmin anlar ekranlarda əks olunub.
Əfsanə
Manşet.az