Superliqanın 15-ci həftəsində keçirilən MKE Ankaragücü - Çaykur Rizespor matçından sonra "Ankaragücü"nün prezidenti Faruk Kocanın yumruqla hücumuna məruz qalan hakim Halil Umut Meler baş verənlərə görə "Ankaragücü"nün baş məşqçisi Emre Belözoğlunu günahlandırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Belözoğlu hakim Melerin hücuma məruz qaldığı hadisədə onu günahlandırmasına cavab verib.
Belözoğlu “Hadisəni eşidən kimi meydana çıxdım və Halil Umut Meləri qucaqladım. Baş verənlərə görə dəhlizdə ondan üç dəfə üzr istədim. Sonra ona zəng etdim. Dincəldiyi üçün köməkçi hakimlə danışdım. Köməkçi hakim mənə dedi ki, mən şahidəm, sən dəhlizdə bizə gəlib dəstək oldunuz. YerDə vuranlara da qışqırdınız. Harda qaldı sizin delikanlılığınız deyə reaksiya veridiniz. O da mənə təşəkkür etdi. Lazım olan açıqlamaları sabah oyunumuzdan sonra verəcəm” deyib.
Qeyd edək ki, Kocadan şikayətçi olan və xəstəxanadan çıxdıqdan sonra açıqlama verən Meler "Ankaragücü"nün baş məşqçisini günahlandıraraq Belözoğlunun vəziyyəti təhrik etdiyini bildirmişdi.
Əfsanə
Manşet.az