Məşqçi axtarışlarını sürətləndirən "Beşiktaş" klubu İtaliya futbolunun ulduz siması Filippo İnzaqini namizədlər siyahısına əlavə edib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Rıza Çalımbayın gedişindən sonra "Beşiktaş"a rəhbərlik etmək üçün Ola Qunnar Solskyaerin də adı çəkilir.
İstanbul təmçilçisi eyni zamanda digər italyan Fabio Kannavaronu da nəzərdən keçirir.
Hazırda "Salernitana"nı çalışdıran Filippo İnzaqinin İtaliya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
İnzaqinin baş məşqçisi olduğu "Salernitana" A Seriyasının sonuncu pilləsində qərarlaşıb.