"Çelsi"nin Osimhen və Martinez planı

07:02 - 29 Dekabr 2023

\"Çelsi\"nin Osimhen və Martinez planı

"Çelsi"nin qış transfer pəncərəsi üçün planları məlum olub.

 

Manset.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. London təmsilçisi "Napoli"nin hücumçusu Viktor Osimhen və "İnter"in forvardı Lautaro Martinezi hədəf alıb.

Klub müdafiəçisi Mett Keş ("Aston Villa"), Giorgi Mamardaşvili (“Valensiya”) və Unai Simonla (“Atletik”) da maraqlansa da, əsas plan Osimhen və Martinezi almaqdır.

Qeyd edək ki, "Çelsi" hazırda Premyer Liqada 19 oyundan sonra 25 xalla 10-cu yerdədir.

Xatırladaq ki, bu mövsüm 24 yaşlı Osimhen "Napoli"nin heyətində bütün yarışlarda 17 oyun keçirib, 8 qol vurub, 3 qolun ötürməsini edib. 26 yaşlı Martinez A Seriyasında 16 oyuna çıxıb, 15 qol vurub və 2 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az