Qvardiolanı təyyarədə təəccübləndirən söhbət

07:00 - 30 Dekabr 2023

Qvardiolanı təyyarədə təəccübləndirən söhbət

Son vaxtlar Premyer Liqada qeyri-stabil çıxışı ilə yadda qalan "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasında hər şeyin qaydasında olduğunu bildirib.

 

Manset.az  xəbər verir ki, o, İngiltərə mətbuatına açıqlamasında futbolçularında əzmkarlığın və uğura aclığın çox olduğunu deyib:

"Səudiyyə Ərəbistanından gələrkən təyyarədə futbolçuların söhbətini dinlədim və yaxşı mənada təəcübləndim. Onların bundan xəbəri yox idi. "Everton" haqqında danışmağa başladılar. Onların danışdıqlarını eşitdim və "Hə, bu mənim komandamdır" dedim. Sonra isə "Everton"a qalib gəldik".

Qeyd edək ki, final; "Mançester Siti" hazırda Premyer Liqada 37 xalla 4-cü pillədə qərarlaşıb. "Şəhərlilər" dekabrın 23-də Klublararası dünya çempionatının Səudiyyə Ərəbistanında keçirilən finalında "Fluminese"yə qalib gələrək kuboku qazanıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az