Səudiyyə Ərəbistanı Futbol Federasiyası dekabrın 29-da baş tutmalı olan Türkiyənin "Qalatasaray" və "Fənərbaxça" futbol komandaları arasında Superkubok final matçının ləğv olunması səbəbindən təzminat tələb edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ərəb rəsmilərin Atatürk formalı köynəklərin və plakatların stadiona buraxılmasına icazə verməməsinə görə hər iki türk klubu matça çıxmaqdan imtina edib.
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının bu qərara görə Türkiyədən 40 milyon dollar təzminat tələb etdiyi bildirilir.
Baş verən qalmaqaldan sonra Türkiyə futbol ictimaiyyəti federasiya prezidentini istefaya səsləyiblər.